Mübahisələr və Geri Qaytarılma Siyasəti
ZADA platforması olaraq alıcı və satıcılar arasında ədalətli, şəffaf və sürətli həll mexanizmi təqdim edirik. Problem yaşadıqda prosesi necə tənzimləyə biləcəyinizi buradan öyrənin.
Ədalətli Həll Zəmanəti
Hər hansı sifarişlə bağlı uyğunsuzluq, məhsulun zədəli çatdırılması və ya xidmət narazılığı olarsa, 14 gün ərzində mübahisə (disput) yarada bilərsiniz.
Mübahisənin Başladılması (Dispute Opening)
Hesabınıza daxil olun, "Mənim Sifarişlərim" bölməsindən problem yaşadığınız sifarişi seçin və "Mübahisə yarat" düyməsinə klikləyin. Problem növünü qeyd edərək müvafiq sübutları (şəkil və ya video) yükləyin.
Satıcı ilə Birbaşa Ünsiyyət
Mübahisə açıldıqdan sonra satıcıya bildiriş gedir. Tərəflər daxili sistem üzərindən əlaqə saxlayaraq problemi müzakirə edir və qarşılıqlı razılıq əldə etməyə çalışırlar (məsələn: dəyişdirmə və ya qismən geri ödəmə).
Platformanın Vasitəçiliyi (Mediation)
Əgər 48 saat ərzində satıcı ilə ümumi məxrəcə gəlmək mümkün olmasa, istənilən tərəf "ZADA Dəstəyini çağır" düyməsini sıxa bilər. Platforma arbitrləri bütün sübutları nəzərdən keçirərək son qərarı verir.
Qərar və Vəsaitin Qaytarılması
Mübahisə alıcının xeyrinə həll olunarsa, ödənilən məbləğ 3-5 iş günü ərzində birbaşa bank kartınıza köçürülür. Məhsulun geri qaytarılması tələb olunduqda logistika xərcləri şərtlərə uyğun tənzimlənir.
Həll olunmayan mübahisənizmi var?
Əgər mövcud mübahisə ilə bağlı əlavə dəstəyə ehtiyacınız varsa, birbaşa müştüri xidmətləri komandamızla əlaqə saxlaya bilərsiniz.
Dəstəklə Əlaqə